"Rabitə"nin rəqibi müəyyənləşib

6 Dekabr 2011 18:30
Dekabrın 27-29-da İsveçrənin Bazel şəhərində qadın voleybolçular arasında beynəlxalq turnirdə iştirak edəcək klublararası dünya çempionatının qalibi Bakının "Rabitə" komandasının sonuncu rəqibi müəyyənləşmişdir.

AzərTAc xəbər verir ki, "Top Volley İnternational" turnirində iştirak edəcək altıncı komanda ötən il Çempionlar Liqası yarışlarının qrup mərhələsində "Rabitə"yə uduzan Rumıniyanın
"Dinamo-Romprest" komandasıdır.

1989-cu ildən dünyanın güclü klubların iştirak etdiyi və "Kiçik dünya çempionatı" adlandırılan yarışda "Volero" (İsveçrə), "Unilever" (Braziliya), "Kann" (Fransa), "Severstal" (Rusiya), "Rabitə" (Azərbaycan) və "Dinamo-Romprest"in (Rumıniya) mübarizə aparacaqdır.

Milli.Az