TikTok koronavirusa görə 375 milyon dollar ayırdı

14 Aprel 2020 20:40

Koronavirus pandemiyası ilə mübarizəyə dəstək verən şirkətlərdən biri də TikTok olub.

Milli.Az ted.az-a istinadən bildirir ki, TikTok pandemiya ilə mübarizə aparan tibb işçilərini dəstəkləmək üçün 250 milyon dollar ayırıb. Şirkət bununla yanaşı, belə çətin dönəmdə ayaqda qalmağa çalışan mobil tətbiqlər üçün 100 milyon dollar reklam krediti nəzərdə tutub. Qalan 25 milyon dollar isə pandemiyaya qarşı ictimai maarifləndirməyə həsr olunacaq.

Bununla yanaşı, şirkət tibb bacıları, musiqiçilər, təhsilverənlər və sənət adamlarının ailələrinə 40 milyon dollar nağd ödəməni təmin edəcək TikTok Yardım Fondunu təsis edəcək.

Milli.Az