Çində Tesla elektromobillərinin satışı rekord həddə çatdı

14 Aprel 2020 19:10

Mart ayı ərzində Çində 10 min 160 ədəd Tesla elektromobili satılıb.

Bu rəqəm bu günədək qeydə alınan ən yüksək göstəricidir.

Tesla şirkəti Şanxayda yerləşən və ona 2 milyard dollara başa gələn zavodunda 150 min Model 3 sedan elektromobili istehsal etməyi də planlaşdırır. Amerika istehsalçısı Çində fevral ayı ərzində təxminən 3 min 900, yanvar ayında isə 2 min 620 avtomobil satıb.

Milli.Az