Mirça Rednik üçün daha bir iş yeri
6 Dekabr 2011 16:57
Rumıniya mətbuatı "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednikə iş yeri "axtarmaqda" davam edir. Azerisport.az xəbər verir ki, cənublularla yollarını ayıran mütəxəssisə bu dəfə "Astra Ploeşti"nin baş məşqçi postuna əsas namizəd gözüylə baxılır.
Qeyd edək ki, bu komanda hazırda Rumıniya çempionatında 9-cu pillədə gedir. Rednikin adı "Universitatya Kluj"la da yanaşı çəkilir.
Yeri gəlmişkən, Rednikin istefasından sonra onu sükanı arxasında görmək istədiyini açıqlayan ilk komanda "Steaua" olmuşdu.
Milli.Az