Apple koronavirus pandemiyası ilə mübarizədə dövlət qurumlarına dəstək olmaq üçün Google əməkdaşlıq edəcəyini açıqlayıb.
Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət bluetooth texnologiyasından istifadə edərək səhiyyə qurumlarının yükünü azaltmağa çalışacaq. Bu texnologiya vasitəsilə virusa yoluxan şəxslər təqib ediləcək və yoluxma hallarının qarşısı alınacaq.
Şirkət səlahiyyətliləri ilk mərhələnin mayda yekunlaşacağını bildiriblər.
Milli.Az