Fransa çempionatı ilə bağlı qərar verildi

11 Aprel 2020 15:34

Fransa Liqa 1-də hazırkı mövsüm iyulun 25-də yekunlaşacaq, gələn mövsüm isə avqustun 23-də başlayacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqası qərar qəbul edib.

Digər idman yarışları kimi, Liqa 1 də koronavirus pandemiyası ilə əlaqədar dayandırılıb. 29 turdan sonra ehtiyatda bir oyunu olan PSJ 68 xalla liderdir. 12 xal geridə olan "Marsell" isə ikinci yerdə gedir.

Milli.Az