İtaliya A seriyası klublarının məşqə başlama tarixi müəyyənləşib

11 Aprel 2020 07:18

İtaliyada koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi mayın 3-dək uzadılıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bu barədə ölkənin baş naziri Cüzeppe Konte bildirib.

Həmçinin idman naziri Vinçentso Spadafora ümid edir ki, mayın 4-dən etibarən bütün idmançılar məşqlərə başlaya biləcəklər. Nazir Milli Olimpiya və Paralimpiya Komitəsinə, eyni zamanda bütün federasiyalara bu barədə göstəriş verib: "Xahişim budur ki, mayın 4-dən etibarən məşqlərin bərpa edilməsi ilə bağlı hazırlıqları görəsiniz. Ümid edirik ki, həmin vaxta qədər vəziyyət yaxşılığa doğru dəyişər".

Qeyd edək ki, İtaliyada martın 9-dan karantin elan olunub. A seriyası isə 26-cı turdan sonra dayandırılıb.

Milli.Az