Bakıda yaşayış binasında yanğın olub

11 Aprel 2020 08:43

Bakıda yanğın qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, şəhərin Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 50 m2 olan mənzilin yanar konstruksiyaları 35 m2 sahədə və ikinci mərtəbəsində ümumi sahəsi 50 m2 olan digər mənzilin döşəməsi 4 m2 sahədə yanıb.

Hər iki mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az