"Muhteşem yüzyıl"ın gözəli məşhur futbolçu ilə barda

6 Dekabr 2011 23:05
Cütlük qarşılarında jurnalistləri gördükdə təlaşlanmağa başlayıb.

Milli.Az xəbər portalının "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, cütlüyün birlikdə əyləndiyi barı əvvəlcə Sergen Yalçın, ondan beş dəqiqə sonra isə aktrisa tərk edib. Sergen jurnalistlərə açıqlamasında bildirib ki, Melike İpek Yalova başqa masada oturubmuş və onlar birlikdə olmayıblar. Eyni ifadələrdən aktrisa da istifadə edib.

Milli.Az