İki evdən 14 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

10 Aprel 2020 20:55

Oğurluqda şübhəli bilinən Şəmkir rayon sakini tutlub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən ümumilikdə 14 min manat dəyərində qızıl-zinət əşyaları və 850 manat oğurlamaqda şübhəli bilinən Çinarlı qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Kərimov saxlanılıb.

Milli.Az