Qaxda birmərtəbəli ev yanıb

10 Aprel 2020 22:49

Qax rayonununda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Zəyəm kəndində ümumi sahəsi 180 m2 olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az