Fransada gəminin 50 heyət üzvü koronavirusa yoluxdu

10 Aprel 2020 21:00

Fransaya məxsus "Şarl de Qoll" gəmisinin 50 nəfər heyət üzvündə COVID-19 virusu aşkar edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu haqda Fransa Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Hazırda dənizçilər təyyarədaşıyan gəminin xüsusi otaqlarında təcrid olunublar. Onların səhhəti haqda məlumat verilmir.

Qeyd olunur ki, komandanlığın göstərişi ilə gəmi səyahətini vaxtından əvvəl dayandırıb.

Təyyarədaşıyan gəmi Fransanın Tulon şəhərinə qayıtmaq məqsədilə Cəbəllütariq boğazına tərəf istiqamət götürüb.

Milli.Az