Emeri "Milan"ın baş məşqçisi ola bilər

10 Aprel 2020 22:43

İspan mütəxəssis Unay Emeri "Milan"ın baş məşqçisi təyin edilə bilər.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, "qırmızı-qaralar" Stefano Piolini istefaya göndərib, 48 yaşlı mütəxəssisi komandanın baş məşqçi postuna gətirmək istəyir.

"Milan" COVID-19 pandemiyasına görə hələ Emeriyə təklif göndərməyib.

İspan məşqçi "Valensiya", "Spartak" (Moskva), "Sevilya", PSJ və "Arsenal" kimi klubları çalışdırıb.

Milli.Az