"Avtobus və dayanacaqlarda sərnişinlər sosial məsafəni gözləmir" - BNA

10 Aprel 2020 15:47

"Ölkədə xüsusi karantin rejimi tətbiq olunsa da, sərnişinlər avtobus və dayanacaqlarda sosial məsəfəni gözləmir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən onlayn mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, sərnişinlər dayanacaq və marşrutlarda sosial məsafənin saxlanması tövsiyələrinə etiraz edir:

"Səhər və axşam saatlarında avtobuslar məsafəli sərnişin daşıyarkən dayanacaqlardakı insanlar buna etiraz edirlər. Sərnişinlərə bir daha müraciət edirik ki, koronavirusdan qorunmaq üçün dayanacaq və avtobuslarda məsafə saxlasınlar. Karantin rejimində Bakıda sərnişin sıxlığı 30 faiz azalsa da, xarici ölkələrdə bu rəqəm 60-70 faizdir".

Milli.Az