"Yuventus"un yarımmüdafiəçi Miralem Pyaniç mövsümün sonunda klubunu dəyişəcək.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Turin kubu 30 yaşlı futbolçunu transferə çıxacaracaq.
Bosniya və Herseqovina millisinin üzvü ilə PSJ-nin maraqlandığı iddia olunur. Artıq Paris təmsiçisinin idman direktoru Leonardonun Pyaniçin meneceri ilə bu keçid barədə danışdığı da qeyd olunub.
Qeyd edək ki, Miralem Pyaniçin "Yuventus"la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.
Milli.Az