Azərbaycan klubu panamalı qapıçını istəyir

10 Aprel 2020 15:12

Türkiyənin 1-ci liqasında çıxış edən "Boluspor"un qapıçısı Orlondo Moskera Azərbaycandan təklif alıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə panamalı qolkiperin meneceri Tekin Birinci açıqlama verib: "Moskeraya görə Azərbaycandan iddialı bir klubdan mənə zəng etdilər. Mən də hazırda futbolla bağlı danışılacaq bir durumun olmadığını söylədim" - deyə bildirib.

Qeyd edək ki, Orlondo Moskeranın "Boluspor"la müqaviləsi mövsümün sonunda bitir.

Milli.Az