Tramp kəşfiyyatın Uhanda koronavirusun yayılması ilə bağlı xəbərdarlığını saxta adlandırdı

10 Aprel 2020 14:55

ABŞ Prezidenti Donald Tramp ötən ilin noyabrında kəşfiyyatın Çinin Uhan şəhərində koronavirusun yayılması barədə xəbərdarlığını saxta adlandırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti "Twitter"də bildirib.

O vurğulayıb ki, ABC telekanalı məsələ ilə bağlı yalan xəbər yayıb.

"Onlar bu yalan xəbəri yazanda səhv etdiklərini bilirdilər", - D. Tramp qeyd edib.

Xatırladaq ki, ABC telekanalı Amerika kəşfiyyatının hələ 2019-cu ilin noyabr ayında ABŞ hakimiyyətini Uhanda koronavirusun yayılması ilə bağlı xəbərdar etdikləri haqda məlumat yayıb.

Xatırladaq ki, son məlumatlara görə, ABŞ-da yeni tip koronavirusa yoluxanların sayı 465 min nəfərdir, onlardan 16672 nəfəri vəfat edib, 25 min nəfər isə sağalıb.

Milli.Az