Mahir Şükürov Türkiyəni tərk edə bilmir

10 Aprel 2020 11:37

Millimizin sabiq futbolçusu Mahir Şükürov Türkiyədə problemlə üzləşib.

Milli.Az sportinfo.az saytına istinadən xəbər verir ki, o, İstanbuldan Azərbaycana qayıda bilmir.

Şəxsi işləri ilə əlaqədar qonşu ölkəyə yollanan "Neftçi"nin sabiq müdafiəçisi dəfələrlə hava limanına üz tutsa da, uçuşların koronavirusa görə təxirə salınması səbəbindən hotellərdə gecələmək məcburiyyətində qalıb.

Qeyd edək ki, Mahir Şükürov vətənə qayıda bilsə, minimum 14 gün xüsusi karantin rejimində saxlanılacaq.

Milli.Az