"Beşiktaş"da ayrılıq

10 Aprel 2020 13:27

"Beşiktaş" Pedro Reboşo ilə yollarını ayırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İcarə əsasında "Beşiktaş"da forma geyinən və müqaviləsi mövsümün sonuna qədər olan Reboşo ilə müqaviləyə xitam verilib.

"Beşiktaş" portuqaliyalı futbolçunun menecerinə bu haqda məlumat verib və Reboşoya karyerasında uğurlar arzulayıb. "Beşiktaş" 25 yaşlı müdafiəçini Fransanın "Genqam" klubundan icarəyə götürmüşdü. Reboşo, Super Liqada 9 oyunda iştirak edib.

Milli.Az