Bakıda ağır qəza: polis öldü

10 Aprel 2020 12:10

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu Müşfiqabad qəsəbəsində qeydə alınıb.

1998-ci il təvəllüdlü Həzrətquliyev Səyyad Qulu oğlu idarə etdiyi "Mercedes" markalı yük avtomobili ilə hərəkətdə olarkən Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Cəfərov Ramin Nizami oğlunun idarə etdiyi "Changan" markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində R.Cəfərov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

APA xəbər verir ki, dünyasını dəyişən R.Cəfərov polis əməkdaşıdır. O, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rayon şöbələrinin birində polis nəfəri olub. 

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsiniin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az