Çempionat iyunun 10-dan tez bərpa olunmayacaq

10 Aprel 2020 11:59

Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Şotlandiya çempionatında fasilə müddəti uzadılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Şotlandiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Yüksək liqada oyunların iyunun 10-dan tez bərpa olunmayacağı bildirilib.

Ötən gün federasiya rəhbərliyinın klublarla birgə keçirdiyi videokonfransda futbolçuların, məşqçilərin və digər işçi heyətinin təhlükəsizliyi naminə bütün futbol qarşılaşmalarının iyunun 10-na qədər təxirə salınmasına qərar verilib.

Xatırladaq ki, daha əvvəl ölkə çempionatlarının taleyinin səsvermə yolu ilə müəyyənləşəcəyi haqda xəbər yayılmışdı.

Milli.Az