Kafedə yanğın baş verib

10 Aprel 2020 08:48

Sabirabad rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Xəlfəli kəndində ümumi sahəsi 52 m² olan kafenin qamışdan ibarət tavanı 8 m² sahədə yanıb. Kafenin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az