Göyçayda yanğın qeydə alınıb

10 Aprel 2020 08:24

Göyçay rayonunun Qarabağlar kəndində ümumi sahəsi 30 m² olan taxta konstruksiyalardan ibarət tikili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az