Meksika neft hasilatını 100 min barel azaltmağa hazırdır

10 Aprel 2020 08:39

Meksika yaxın iki ayda OPEC + sazişi çərçivəsində neft hasilatını sutkada 100 min barel azaltmağı təklif edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə öz "Twitter" səhifəsində Latın Amerika ölkəsinin Energetika naziri Rosio Nale yazib.

R.Nale bildirib ki, neftin qiymətini sabitləşdirmək üçün Meksika OPEC danışıqlarında hasilatı suktada 100 min barel azaltmağı təklif edib.

Milli.Az