Gəncədə əxlaqsızlıq yuvası təşkil edən Vidadinin işi MƏHKƏMƏDƏ

9 Aprel 2020 19:58

Gəncə şəhərində əxlaqsızlıq yuvası təşkil etməkdə ittiham olunan Vidadi Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az demokrat.az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Zaur Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası aprelin 21-nə təyin olunub.

İttihama görə, Vidadi Məhərrəmov Gəncə şəhərində əxlaqsızlıq yuvası təşkil edib. O, bir neçə qadından ibarət qarup yaradıb və onları ayrı-ayrı kişilərlə görüşməsini təşkil edib.

Bunun müqabilində Vidadi Məhərrəmov maddi gəlir əldə edib.

Polisin keçirdiyi əməliyyat nəticəsində Vidadi Məhərrəmov həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 244.2.1-ci (əxlaqsızlıq yuvaları saxlama, təkrar törədildikdə) maddəsi ilə ittiham elan olunub.

Milli.Az