Polşada prezident seçkiləri elektron poçt vasitəsilə keçirilə bilər

9 Aprel 2020 17:59

Polşada prezident seçkiləri elektron poçt vasitəsilə keçirilə bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu fikri ölkə prezidenti Ancey Duda səsləndirib.

O bildirib ki, koronavirus epidemiyası ilə əlaqədar səsvermənin poçt vasitəsilə keçirilməsi mümkün variantlardan biridir.

Polşada prezident seçkilərinin birinci turu mayın 10-na planlaşdırılıb.

Qeyd edək ki, bu günədək Polşada 5 341 nəfər koronavirusa yoluxub, 164 nəfər ölüb. Ölkədə fövqəladə vəziyyət elan olunub.

Milli.Az