Mərkəzi Bankın valyuta hərracında dollara tələb azalıb

9 Aprel 2020 16:39

Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Bu barədə Milli.Az-a Mərkəzi Bankdan məlumat verilib.

Bankın məlumatına görə, hərracda dollara tələb aprelin 7-nə nisbətən 12,2 milyon ABŞ dolları və ya təxminən 18,2% azalaraq 55 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Milli.Az