"Bir gün "Real"a qayıdacağam" - Kasilyas

9 Aprel 2020 14:27

"Real"ın sabiq qapıçısı və İspaniya Futbol Federasiyasının prezidentliyinə namizəd olan İker Kasilyas sabiq komandası haqda açıqlama verib.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, o, gələcəkdə Madrid klubuna qayıtmaq arzusunda olduğunu bildirib:

"Bir gün "Real"a qayıtmaq istərdim. Bu klubu öz evim hesab edirəm. Düzdür, beş ildir orada deyiləm. Ancaq 25 ili "Real"da keçirmişəm, buna görə klubla əlaqəmi kəsməyim mümkün deyil. Əminəm ki, nə vaxtsa "Real"a qayıdacam".

Qeyde dək ki, Kasilyas 2000-2016-cı illərdə Madrid təmsilçisində çıxış edib.    

Milli.Az