Serbiya prezidentinin oğlu koronavirusa yoluxub

9 Aprel 2020 11:38

Serbiya prezidentinin oğlu koronavirusa yoluxub.

Milli.Az bildirir ki, bu barədə məlumatı TASS agentliyi yayıb.

Serbiya prezidenti Aleksandr Vuçiçin böyük oğlu Danilonun koronavirus testinin nəticəsi müsbət çıxıb. Ölkə başçısı rəsmi Instagram hesabında bu barədə post yerləşdirib.

"Oğlumda koronavirus aşkarlanıb və o, xəstəxanaya yatırıb. Oğlum, sən buna qalib gələcəksən", - prezident Instagram-da yazıb.

Qeyd edək ki, ən son statistikaya görə Serbiyada 2447 nəfərdə koronavirus aşkarlanıb və bu günədək 61 nəfər bu xəstəlikdən ölüb.

Bəxtiyar Umarlı
Milli.Az