Daha bir tibb işçisi koronavirusdan öldü - FOTO

9 Aprel 2020 13:27

Daha bir tibb işçisi koronavirusdan ölüb.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, Şotlandiyada 58 yaşlı tibb bacısı Janice Graham koronavirusun qurbanı olub. O, bazar ertəsi günü "Inverclyde Royal Hospital"da dünyasını dəyişib.

Janice Graham Şotlandiyada koronavirusdan ölən ilk tibb işçisi olub. Onun ölümünü işlədiyi müəssisənin rəhbərliyi də təsdiqləyib.

Qeyd edək ki, bu günün statistikasına əsasən, Birləşmiş Krallıqda 60733 nəfərdə koronavirus aşkarlanıb. 7097 nəfər bu xəstəliyin qurbanına çevrilib.

Emin
Milli.Az