Koronavirusa qalib gələn Türkiyə millisinin sabiq üzvü Rüştü Reçber açıqlama verib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, hazırda özünü yaxşı hiss etdiyini deyib:
"Əvvəlcə hər kəşə təşəkkür edirəm. Allah şükür, sağaldıq. Gərgin və uzun bir müalicə dövrü oldu. Hal-hazırda evdəyəm. 5 il əvvəl yaxşı ki siqareti tərgitmişəm. 15-20 gün daha karantində qalacağam. Məni sevənlərə dəstəkləri üçün təşəkkür edirəm".
Milli.Az