Ötən gün Xalq artisti Tünzalə Ağayevanın İTV-də yayımlanan "Gəl, qonaq ol" layihəsinin canlı efiri zamanı yıxıldığı anlar sosial şəbəkədə paylaşılıb, müzakirə edilib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi özü də bu anları paylaşıb. O, daha sonra başqa video paylaşaraq yıxılmağının bəzi insanları sevindirdiyini yazıb:
"Mənim məhz bu cür yıxılmağım , böyük kompleksli olanları, həyatda özünü tapmayanları, bir sözlə, bədbəxt qismləri sevindiribsə, nə mutlu mənə - bir anlıq da olsa özünüzə güvəniniz yarandı, yazığım gəldi lap. Ləyaqət, şərəf yıxılmasın , onlar sonra nə yazıq ki, qalxmırlar, belə yıxılıb, sonra ucalmaq çox gözəl hissdir".
Milli.Az