"Uçan zibilqabı" - Karantin vaxtı küçədə çəkilən FOTO çaşqınlıq yaradır

9 Aprel 2020 12:26

Sosial şəbəkələrdə yayılan foto maraq doğurub.

Milli.Az xarici mətbuata istinadla bildirir ki, Reddit-də paylaşılan foto karantin dövründə, Birləşmiş Krallıqda çəkilib.

Küçədə qoyulmuş zibil qabı elə istiqamətdən çəkilib ki, ilk baxışda tamamilə fərqli görünür. Optik illüziya yaradan fotoda, sanki, zibil qabı havadaymış kimi təəssürat formalaşır.

Foto sosial şəbəkələrdə yüzlərlə dəfə paylaşılıb. Bəziləri fotoya şərh olaraq "deyəsən, karantində dəli olmuşam, uçan zibil qabı görürəm", "biz karantindəyik, amma zibil qabları uçur" tipli sözlər yazıblar.

Milli.Az maraqlı fotonu təqdim edir:

İsmayıl
Milli.Az