La Liqanın adalarda keçirilməsi təklif olundu

9 Aprel 2020 17:39

İspaniyanın Tenerife şəhərinin Otelçilər Assosiasiyası İspaniya Futbol Federasiyası və La Liqa rəhbərliyinə çempionat oyunlarını Kanar adalarında keçirməyi təklif edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, assosiasiyanın nümayəndələri bu təklifi  adaların İspaniyada ayrı olduğunu əsas gətirərək irəli sürüblər. Bildirilib ki, Kanar adalarında turistlər üçün bir neçə otel tikilib.  Buna görə La Liqa və Sequndanın ümumilikdə 42 klubunun adalarda qalmasının mümkünlüyü vurğulanıb.

Qeyd olunub ki, Kanar adalarında yerləşən ən böyük otellərdən birinin sahibi Jorje Mariçal artıq federasiya və klub prezidentlərinə bununla bağlı məktub göndərib.

Milli.Az