Beynəlxalq Vışeqrad Fondu koronavirusla mübarizə üçün Azərbaycana maliyyə yardımı ayıracaq

9 Aprel 2020 10:46

Beynəlxalq Vışeqrad Fondu tərəfindən COVID-19 pandemiyasınsın fəsadlarından zərər çəkmiş "Şərq tərəfdaşlığı" ölkələrindəki həssas vətəndaş qruplarının sosial və iqtisadi dayanıqlığının, səhiyyənin möhkəmləndirilməsinin dəstəklənməsi üçün 250 min avro vəsait ayıracaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Çexiya Xarici İşlər Nazirliyi bildirib.

Milli.Az