66 yaşlı əkiz bacılar koronavirusdan öldülər - FOTO

9 Aprel 2020 11:59

Əkiz bacılar koronavirusdan ölüblər.

Milli.Az The Sun-a istinadla xəbər verir ki, Uelsdə bir evi paylaşan 66 yaşlı bacılar koronavirusun qurbanı olublar. Eleanor Andrews və bacısı Eileen 4 gün fərqlə koronavirusdan ölüblər.

Eleanorun oğlu Stüart bildirib ki, anası mart ayının 29-da dünyasını dəyişib. 4 gün sonra isə xalası hospitalda vəfat edib. Stüartın dediyinə görə, əmisi də hazırda koronavirusdan müalicə alır.

Qeyd edək ki, bu günün statistikasına əsasən, Birləşmiş Krallıqda 60733 nəfərdə koronavirus aşkarlanıb. 7097 nəfər bu xəstəliyin qurbanına çevrilib.

Emin
Milli.Az