Kavani PSJ-ni Uruqvay klubuna dəyişir

9 Aprel 2020 11:42

PSJ-nin futbolçusu Edinson Kavani karyerasnı vətəni Uruqvayda davam etdirməyə yaxındır.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu "Penyarol"a transfer olunmağa hazırlaşır. "Penyarol"un kapitanı Kristian Rodriqes məsələylə bağlı açıqlama verərək, xəbəri təsdiqləyib:

"Kavani "Penyarol"a gəlməyə yaxındır. Bu barədə başqa bir şey deyə bilmərəm".

2013-cü ildən PSJ-nin şərəfini qoruyan Kavaninin klubla müqaviləsi iyunda başa çatır.

Milli.Az