''Mən ölsəm, ziyafət verərsən'' - Məşhur aktyorun həyat yoldaşının qeyri-adi arzusu

9 Aprel 2020 11:09

Keçən ay koronavirusa yoluxan dünyaca məşhur aktyor və həyat yoldaşı Rita Vilson sağaldıqlarını açıqlayıb heyranlarını sevindiriblər.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, virusdan sağalan cütlük tədbir xarakterli olaraq evlərində karantinə alınıblar. 2015-ci ildə sinə xərçəngindən sağalan Rita həmin vaxtlarda həyat yoldaşı və iki oğlu ilə ölməsi barədə danışıb. O, həyat yoldaşı Tomdan əgər ölərsə, iki arzusunu yerinə yetirməsini xahiş edib.

''Əgər mənə bir şey olsa, səndən əvvəl həyatla vidalaşsam, iki istəyimi yerinə yetirərsən. Birincisi, mənə görə çox kədərlənməyini istəmirəm. İkincisi isə, mən öləndə yas mərasimimin əyləncəli olmasını istəyirəm. Hansı ki həmin vaxt insanlar xatirələrindən danışıb, musiqi ilə əylənə bilsinlər''.

Milli.Az