"Toyota Motor" Şimali Amerikada zavodlarının işini dayandıracaq

9 Aprel 2020 10:47

Yaponiyanın ən böyük avtomobil korporasiyalarından biri "Toyota Motor" koronavirus pandemiyası ilə əlaqədar Şimali Amerikadakı 14 müəssisəsində istehsalın dayandırılmasını 1 may tarixinə qədər uzatmaq qərarına gəlib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə yerli "Kyodo" agentliyi xəbər verib.

Qeyd olunur ki, martın 23-dən bağlanan zavodların istehsal xətlərinin fəaliyyətinin bərpası mayın 4-nə planlaşdırılır.

Xatırladaq ki, "Toyota" pandemiyaya ilə əlaqədar Avropada öz müəssisələrində istehsalı aprel ayının 20-nə qədər dayandırıb.

Milli.Az