Nissan avtomobil satışında videozəngə keçdi

11 Aprel 2020 22:20

Nissan avtomobil almaq istəyənlər üçün videozəng üsulundan istifadə etməyə başlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, buna koronavirus pandemiyasından sonra tətbiq edilən karantin rejimi səbəb olub. Artıq müştərilər Nissan satış mərkəzlərinə getmədən videozəng vasitəsilə avtomobil barədə məlumat ala biləcəklər.

Qeyd edək ki, videozəng sistemi vasitəsilə müştəri maraqlandığı avtomobilin detallarını incələyə, onun barədə ətraflı məlumat ala biləcək.

Milli.Az