Netflix-də şifrə - Artıq nəyə baxdığınızı görməyəcəklər

11 Aprel 2020 21:20

Pandemiyadan sonra tələbatın xeyli artdığı film platforması olan Netflix yeni xüsusiyyəti istifadəçilərin ixtiyarına verib.

Milli.Az ted.az-a istinadən bildirir ki, artıq Netflix hesablarına şifrə qoymaq mümkün olacaq. Netflix hesabını ailəsi və ya dostları ilə birgə istifadə edən, amma özünün nəyə baxdığını görmələrini istəməyənlər bu yenilikdən faydalana bilərlər.

Bunun üçün profil işarəsi üzərindən "hesab ayarları"na daxil olmaq lazımdır. Daha sonra şifrələmək istədiyiniz hesabı seçib, "dəyişdir" düyməsini vura bilərsiniz.

Milli.Az