Mercedes nəfəsalma cihazlarını ödənişsiz dizayn edəcək

11 Aprel 2020 20:20

Mercedes  koronovirusla mübarizə məqsədilə istehsal etdiyi nəfəsalma cihazlarını ödənişsiz paylayacağını açıqlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, Mercedes London Universiteti ilə birgə iş nəticəsində günlük min nəfəsalma cihazı istehsal edir. Şirkət cihazları ödənişsiz paylaşmaqla yanaşı, onların dizaynını da digər istehsalçılara ödənişsiz təhvil vermək niyyətindədir.  

Şirkət ilk mərhələdə on min cihaz sifariş edildiyini açıqlayıb.

Milli.Az