Bakıda “Toyota” ilə “KamAZ” toqquşub

8 Aprel 2020 21:57

Bakı şəhərinin Xəzər rayonunda "Toyota" markalı minik avtomobili və "KamAZ" markalı yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az