Karantin elan ediləndən sonra Nyu-Yorkun havası xeyli yaxşılaşıb

8 Aprel 2020 23:16

Alimlərinin yaydığı hesabatda Nyu-Yorkda karantin elan ediləndən sonra havanın keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdığı bildirilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, çirklənmə səviyyəsinin izlənməsi üzrə eksperiment bir neçə həftə ərzində Harlemdə aparılmışdır. Eksperiment zamanı mart ayında havada metan və karbon qazının 10 faiz azalması müəyyən edilib. Bundan əlavə, dəm qazı emissiyası 50 faizə qədər, ultradispers hissəciklərin (görüntünü məhdudlaşdıran və sağlamlığa çoxlu problemlər yaradan bərk hissəciklər) səviyyəsi isə təxminən 20 faiz azalıb.

Bütün bunlar Manhettendə minik və yük avtomobillərinin hərəkətinin məhdudlaşdırılması, həmçinin metro və ictimai nəqliyyatdan istifadənin 25 faiz azalması ilə bağlıdır. Səhiyyə işçiləri, təcili yardım xidmətləri və s. istisna olmaqla, Nyu-York sakinlərinə ictimai nəqliyyatdan az istifadə etmək barədə göstəriş verilib.

Milli.Az