12-ci mərtəbədən yıxılan fəhlə sağ qaldı
19 Aprel 2010 17:08
Milli.Az xəbər portalının "Life News"a istinadən verdiyi məlumata görə, hadisə Moskvada baş verib. Yerə düşən Haydarcan adlı fəhlənin qolları və ayaqları sınıb, beyni zədələnib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər bildirir ki, reanimasiyaya yerləşdirilmiş fəhlənin durumu ağır olsa da, onun sağ qalmasına ümid var.
Milli.Az