Koronavirusa yoluxma hallarının sayı ikiqat artıq ola bilər - Alimlərdən xəbərdarlıq

8 Aprel 2020 23:29

Koronavirusa yoluxma hallarının yarısında heç bir simptom olmur.

Milli.Az medicina.az-a istinadən bildirir ki, mütəxəssislər İslandiyadan, İtaliyanın karantin altındakı Vò şəhərindən və Yaponiyadakı Diamond Princess kruiz gəmisindən topladıqları məlumatları təhlil ediblər.

Tədqiqatda yeni tip korona virusunun (Covid-19) xəstələrinin yarısında, daşıyıcı olmasına baxmayaraq quru öskürək, qızdırma və oxşar simptomların olmadığı məlum olub.

Tədqiqatın nəticələrinə əsasən mütəxəssislər yalnız simptomlardan şikayət edənlərin test yoxlanışının koronavirusla mübarizə üçün kifayət etmədiyini bildirib.

Milli.Az