"Real" Ronaldunu qaytarmaq istəmir

8 Aprel 2020 19:14

"Real" sabiq futbolçusu Kriştianu Ronaldunu qaytarmaq fikrində deyil.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, klub rəhbərliyindəki mənbə "Yuventus"un hücumçusunun transfer siyasətlərində olmadığını bildirib.

"Klub prezidenti Florentino Peres Ronaldunun "Real" üçün xidmətlərini qiymətləndirir. Amma klubda düşünürlər ki, artıq onun dövrü keçib və idman hədəfləri sırasında başqa oyunçular var" - deyə yazıda qeyd olunur.

Xatırladaq ki, Ronaldu "Yuventus" 2018-ci ilin yayında 112 milyon avroya "Real"dan keçib. Zaman-zaman onun yenidən Madridə qayıda biləcəyinə dair məlumatlar yayılıb.

Milli.Az