Məktəbli koronavirusla mübarizədə həkimlərə BELƏ KÖMƏK ETDİ - FOTO

8 Aprel 2020 23:10

Kanadalı məktəbli koronavirus pandemiyası zamanı həkimlərin yükünü azaltmaq üçün xüsusi bir əşya hazırlayıb.

Milli.Az xəbər verir ki, Vankuverdən olan Quinn Roni, üz maskasını daha rahat etmək üçün elastik tutacaq icad edib.

Əşya plastikdən ibarətdir. Oğlanın ixtirası başın arxa hissəsinə qoyulur və tibbi maskanın ucları ora yapışdırılır. Elastik bantların vəziyyətini tez-tez  dəyişmək olur.

Məktəbli, yeni ixtirasını həkimlərə pulsuz paylayır. Tibb işçiləri Ronninin ixtirasının onlara çox kömək etdiyini bildiriblər. (ölkə.az)

Milli.Az