""Qızıl top" yalnız Messiyə verilməlidi"

8 Aprel 2020 14:46

"Atletiko"nun sabiq müdafiəçisi, hazırda "Flamenqo"da çıxış edən Filipe Luis "Panenka"ya açıqlamasında "Barselona"nın hücumçusu Lionel Messi haqda danışıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu "Qızıl top"un həmişə Leoya verilməli olduğunu düşünür:

"Həmişə onu dayandırmaq üçün sərt müdaxilələrdən istifadə etmişəm. Amma heç vaxt buna görə məni qınamayıb. Mən Messinin oyununa heyranam.

Heç vaxt ondan forma istəməmişəm, çünki meydana qələbə qazanmaq üçün çıxıram, "Messiyə qarşı oynamışam" demək üçün yox. Hamı mənim Leo haqqındakı fikirlərimi bilir. Ona ancaq heyran olmaq olar. Çünki başqa belə bir futbolçunun dünyaya gəlməsi üçün illər lazım gələcək. "Qızıl top" yalnız Messiyə verilməlidi".

Milli.Az