Koronavirusla mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddəti uzadılıb

7 Aprel 2020 21:53

Nazirlər Kabineti "Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddətinin uzadılması" barədə qərar qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların əlillik müddəti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb.

Milli.Az